Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Arayatlı kəndində səyyar qəbul keçirdi!

07 iyul 2026 | 16:40

Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 07.07.2026-cı il tarixdə Arayatlı kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.

Səyyar qəbulda Füzuli RİH başçısı Alı Alıyev ötən müddətdə keçirilən qəbullar zamanı qaldırılan problemlərin qısa zamanda həllini tapdığını, görülən bütün işlərin ən başlıca amalının vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulamışdır.

Qəbula gələn sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülmüşdür. 

Keçidlər