Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Araz Zərgər kəndində səyyar qəbul keçirdi!

01 iyul 2026 | 17:55

Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 01.07.2026-cı il tarixdə Araz Zərgər kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşlarla birbaşa ünsiyyətin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğuladır. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində mütəmadi səyyar qəbullar təşkil edilir. Bu görüşlər vətəndaşların müraciətlərinin operativ araşdırılmasına, onların narahatlıq doğuran məsələlərinin yerində öyrənilməsinə və həlli istiqamətində zəruri tədbirlərin görülməsinə xidmət edir.

Səyyar qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənildi, qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

Keçidlər