Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Aşağı Kürdmahmudlu kəndində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 18.06.2026-cı il tarixdə Aşağı Kürdmahmudlu kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda Dövlət Təhlükəsizlik Xidmətinin Füzuli Rayon Şöbəsinin rəisi Amir Məmmədov, RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Alı Alıyev qeyd etdi ki, vətəndaşlarla keçirilən görüşlərin məqsədi onları narahat edən problemlərin yerindəcə öyrənilməsi, həmin problemlərin həlli istiqamətində operativ addımların atılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon sakinləri ilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini bildirən Alı Alıyev, vətəndaşların müraciətlərinə həssas münasibətin göstərildiyini diqqətə çatdırdı.
Səyyar qəbul zamanı kənd sakinləri dinlənildi, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələr verilərək nəzarətə götürüldü.






