Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Beşinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev 10.09.2026-cı il tarixdə Beşinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirib. Səyyar qəbulda Hüquq -mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı çıxış edən RİH başçısı Alı Alıyev bildirib ki, bu cür görüşlərin keçirilməsi vətəndaşların qarşılaşdıqları problemlərin yerində öyrənilməsi və onların həlli istiqamətində müvafiq addımların atılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayon sakinləri ilə səyyar qəbulların mütəmadi şəkildə keçirildiyini diqqətə çatdıran Rayon rəhbəri vətəndaşların müraciətlərinə həssaslıqla yanaşıldığını və qaldırılan məsələlərin daim nəzarətdə saxlanıldığını qeyd edib.
Daha sonra qəsəbə sakinləri tərəfindən səsləndirilən müraciət və təkliflər dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi məsələlərlə bağlı isə sakinlərə lazımi izahat və tövsiyələr təqdim olunub.






