Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Dördüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev 09.09.2026-cı il tarixdə Dördüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirib. Səyyar qəbulda Hüquq -mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı çıxış edən RİH başçısı Alı Alıyev bildirib ki, bu cür görüşlər vətəndaşların gündəlik qarşılaşdıqları çətinliklərin birbaşa yerində araşdırılmasına və onların həlli üçün zəruri tədbirlərin görülməsinə imkan yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayon sakinləri ilə səyyar qəbulların mütəmadi təşkil edildiyini qeyd edən Rayon rəhbəri vətəndaşların müraciətlərinin daim diqqətdə saxlanıldığını vurğulayıb.
Daha sonra qəsəbə sakinlərinin müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib, bəzi məsələlərlə bağlı müvafiq tövsiyələr səsləndirilib.






