Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Horadiz şəhərində səyyar qəbul keçirdi!

06 iyul 2026 | 17:41

Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev 10.06.2026-cı il tarixdə Horadiz şəhərində səyyar qəbul keçirdi. Səyyar qəbulda Hüquq -mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Alı Alıyev Horadiz şəhərinin mövcud vəziyyəti və yaşayış məntəqəsində sakinlərin rahatçılığı üçün yaradılmış şərait barədə qısa məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon sakinləri ilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini bildirən Alı Alıyev, vətəndaşların müraciətlərinə həssas münasibətin göstərildiyini diqqətə çatdırdı.
Səyyar qəbul zamanı şəhər sakinləri dinlənildi, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələr verilərək nəzarətə götürüldü.

Keçidlər