Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev İkinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev 08.07.2026-cı il tarixdə İkinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Füzuli Rayon Polis şöbəsinin rəis müavini Nəsirəddin Orucov , RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən səyyar görüşlərdə məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində həllinə nail olunmasıdır.
Səyyar qəbul zamanı qəsəbə sakinləri dinlənildi, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələr verilərək nəzarətə götürüldü.






