Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Mollaməhərrəmli kəndində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 10.07.2026-cı il tarixdə Mollaməhərrəmli kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda Hüquq -mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon sakinləri ilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini bildirən Alı Alıyev, vətəndaşların müraciətlərinə həssas münasibətin göstərildiyini diqqətə çatdırdı.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edildi, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində Rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.






