Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Qazaxlar kəndində səyyar qəbul keçirdi!
02 iyul 2026 | 17:14
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 02.07.2026-cı il tarixdə Qazaxlar kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Alı Alıyev qeyd etdi ki, vətəndaşlarla keçirilən görüşlərin məqsədi onları narahat edən problemlərin yerindəcə öyrənilməsi,həmin problemlərin həlli istiqamətində operativ addımların atılmasıdır .
Daha sonra kənd sakinlərinin təklifləri, müraciətləri dinlənilərək onları narahat edən problemlərin həlli istiqamətində tədbirlər müəyyənləşdirildi.






