Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyyəti başçısının Bala Bəhmənli kəndində növbəti səyyar qəbulu keçirilib!

21 oktyabr 2026 | 15:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşılması, sakinlərlə birbaşa ünsiyyətin genişləndirilməsi və onları narahat edən məsələlərin yerində öyrənilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən Bala Bəhmənli kəndində səyyar qəbul keçirilib.
Səyyar qəbulda rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də aidiyyəti məsul şəxslər iştirak ediblər.
Qəbul zamanı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşlarla birbaşa ünsiyyətin və onların müraciətlərinin yerində dinlənilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, sakinləri narahat edən məsələlərin operativ şəkildə araşdırılması və həlli daim diqqətdə saxlanılır.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sakinlər əsasən məşğulluq, sosial məsələlər, kommunal xidmətlər, yol infrastrukturu, torpaq və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Səyyar qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq həlli ilə bağlı müvafiq göstərişlər verilib. Əlavə araşdırma tələb edən və digər qurumların səlahiyyətinə aid olan müraciətlər isə nəzarətə götürülərək aidiyyəti üzrə göndərilməsi və qanunvericiliyə uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər