Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kəndində növbəti səyyar qəbulu keçirilib!

22 oktyabr 2026 | 15:42
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, əhali ilə birbaşa əlaqələrin gücləndirilməsi və mövcud problemlərin yerində öyrənilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Əhmədbəyli kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.
Görüşdə rayon rəhbərliyi ilə yanaşı, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər.
Qəbul zamanı Alı Alıyev vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin, onların müraciət və təkliflərinin birbaşa dinlənilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, sakinlərin gündəlik həyatında qarşılaşdıqları çətinliklərin araşdırılması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzindədir.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşlar əsasən işlə təmin olunma, sosial təminat, kommunal xidmətlər, yolların vəziyyəti, torpaq məsələləri və digər aktual problemlərlə bağlı fikirlərini və müraciətlərini səsləndiriblər.
Səyyar qəbul çərçivəsində qaldırılan məsələlərin bir hissəsi yerində nəzərdən keçirilib və onların həlli üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib. Əlavə araşdırılmasına ehtiyac olan, eləcə də digər qurumların səlahiyyətlərinə daxil olan müraciətlərin nəzarətdə saxlanılması, aidiyyəti üzrə yönləndirilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların müraciətlərinin dinlənilməsi, onların problemlərinin yerində araşdırılması və həlli istiqamətində səyyar qəbulların gələcəkdə də mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur.
Keçidlər