Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyyətində “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı dəyirmi masa keçirildi!

31 mart 2025 | 12:53
Füzuli Rayon İcra Hakimiyyətində “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı dəyirmi masa keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, aparatın əməkdaşları və bir qrup ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, xalqımızın yaşadığı digər faciələr kimi 1918-ci ilin mart hadisəsinə də düzgün hüquqi-siyasi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırdı. Alı Alıyev bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalaması bu hadisəyə verilmiş əsil düzgün hüquqi-siyasi qiymət oldu.
Digər çıxışçılar da minlərlə günahsız azərbaycanlının qətlə yetiirldiyi soyqırımı hadisəsinin insanlığa qarşı qəti cinayət olduğunu bildirmiş, qurbanlara Allahdan rəhmət, ruhlarına rahatlıq diləmişlər.
Keçidlər