Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini uğurla başa vuran gənclərlə görüş keçirildi!

01 sentyabr 2025 | 16:04

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev gənclərlə görüşü zamanı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, dövlət tərəfindən ölkəmizdə gənclərin rahat təhsil almaları, təcrübə toplamaları və öz potensiallarını gerçəkləşdirmələri üçün geniş imkanların və əlverişli şəraitin yaradılmasından bəhs etdi. Görüş zamanı könüllü gənclər topladıqları təcrübə və təəssuratlarını bölüşdülər. İki ay müddətində Füzuli rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətlərini uğurla başa vuran üç nəfər gəncə Sertifikat təqdim olundu və xatirə şəkilləri çəkildi.

Keçidlər