Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayon İcra Hakimiyyətində müşavirə keçirildi

22 sentyabr 2022 | 15:41

19 sentyabr 2022-ci il tarixində Füzuli rayon İcra Hakimiyyətində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə işin təşkilinə həsr edilmiş müşavirə keçirildi. Müşavirədə RIH aparatı kollektivi, İƏD üzrə nümayəndələr, bələdiyyələr iştirak etdilər. İlk öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müşavirədə RİH-nin başçısı Alı Alıyev çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, qazilər, müharibə iştirakçılarının problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxladıqlarını bildirdi. Rayon rəhbəri həssas təbəqədən olan şəxslərin mənzillə, işlə təminatı, müayinə və müalicə olunmaları, digər sosial problemlərinin həllinin dövlətin nəzarətində olan ən vacib məsələlərdən olduğunu bir daha vurğuladı. Dövlət qulluğunda çalışan hər bir kəsin bu təbəqədən olan şəxslərlə davranışında xüsusi həssaslıq göstərməsi həm məmur, həm də vətəndaş olaraq mənəvi borcu olduğu bir daha diqqətə çatdırıldı.
Daha sonra Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli Füzuli rayon İcra Hakimiyyəti tərəfindən rayonda həssas təbəqədən olan şəxslərlə görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr mövzusunda geniş məruzə etdi. Məruzə ətrafında müzakirələr aparıldı. Müzakirələrdə müxtəlif şəxslərin, radikal qruplaşmaların məqsədli şəkildə şəhid ailələrinin, qazilərin və digər imtiyazlı şəxslərin adlarından süni istifadə hallarının yolverilməz olduğu qətiyyətlə vurğulandı.
Müşavirədə mövcud problemlərin həlli istiqamətində işlərin bundan sonra da mərhələli şəkildə, dövlət siyasətinə uyğun olaraq aparılacağı diqqətə çatdırıldı

Keçidlər