Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ağır əməliyyat keçirmiş şəhid övladını ziyarət etdi!
20 fevral 2025 | 14:51
Füzuli Rayonun Kərimbəyli kəndindən olan, Vətən müharibəsi şəhidi Vəliyev Qoşqar Nuruş oğlunun azyaşlı qızı Vəliyeva Ayşə Qoşqar qızı ağır əməliyyat keçirib. Bakı şəhərində yerləşən "EGE Hospital" da icra olunan əməliyyat həkimlərin səyi və peşəkarlığı sayəsində uğurla yekunlaşıb.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şəhid övladının səhhəti ilə maraqlanmaq və vəziyyətini yaxından öyrənmək üçün onu xəstəxanada ziyarət edib. Şəhid Vəliyev Qoşqarın həyat yoldaşı Nübar Vəliyeva onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə ve Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirib.
Alı Alıyev Ayşənin vəziyyətinin normal olduğunu, müalicəsinin bir müddət xəstəxana şəraitində davam edəcəyini öyrənib.
Biz də Füzuli Rayon İcra Hakimiyyəti olaraq, şəhidimizin övladına göstərdikləri təmənnasız, yüksək səviyyəli xidmətə gör "EGE Hospital" ın rəhbərliyinə ve kollektivinə dərin təşəkkürümüzü
bildiririk.