Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Bakı şəhəri Binəqədi rayonunda müvəqqəti məskunlaşan Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə növbəti səyyar görüş keçirib.

12 noyabr 2026 | 12:13

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Bakı şəhəri Binəqədi rayonunda  müvəqqəti məskunlaşan Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə növbəti səyyar görüş keçirib.

Görüş çərçivəsində sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, məişət və digər problemlər ətrafında müzakirələr aparılıb. Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılması və həlli ilə bağlı müvafiq açıqlamalar verilib, aidiyyəti qurumlara tapşırıqlar ünvanlanıb.

Alı Alıyev çıxışında vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının, hər bir müraciətin qanunvericiliyə uyğun şəkildə diqqətlə araşdırılmasının və mövcud problemlərin aradan qaldırılması üçün zəruri addımların atılmasının əhəmiyyətini qeyd edib.

Səyyar görüşlərin təşkilində başlıca məqsəd Füzuli rayonundan olan sakinlərin hazırda yaşadıqları yerdən asılı olmayaraq onlarla birbaşa əlaqə yaratmaq, qayğı və problemlərini yerində öyrənmək, müraciətlərinin həllinə köməklik göstərməkdir.

Qeyd olunub ki, sakinlərlə müntəzəm təmasların qurulması, onların müraciətlərinin diqqətdə saxlanılması və qaldırılan məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi Füzuli Rayon İcra Hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən biridir.

Keçidlər