Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Beyləqan rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 17.09.2026-cı il tarixdə Beyləqan rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti-quruculuq işləri, həmçinin sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə məlumat verdi. Bildirildi ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirilir. Həmçinin sakinlərin doğma yurdlarına qayıdışı ilə bağlı qarşıda duran vəzifələr barədə məlumat verildi. Daha sonra sakinlərin müraciətləri dinlənildi.
Səyyar görüş zamanı müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərin hər biri ayrı-ayrılıqda nəzərdən keçirildi. Müraciətlərin bir qismi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izahatlar verildi, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə onların həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirildi.






