Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ramazan bayramı günlərində Horadiz şəhər sakinləri ilə görüşüb!
30 mart 2025 | 16:12
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ramazan bayramı günlərində Horadiz şəhər sakinləri ilə görüşüb. Şəhər sakinlərinin bayramlarını təbrik edən rayon rəhbəri onlarla səmimi söhbət etmiş, problemləri ilə maraqlanmış, arzu və istəklərini dinləmişdir.
Sakinlər onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.