Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şəhid Qorxmaz Rəhimovun atası Tiflis Rəhimovun yas mərasimində iştirak etdi!
03 may 2026 | 12:50
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon ictimaiyyəti ilə birlikdə şəhid Qorxmaz Rəhimovun atası Tiflis Rəhimovun yas mərasimində iştirak edərək ailəsinə başsağlığı vermişdir.
Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsində keçirilən mərasimdə mərhumun əziz xatirəsi ehtiramla yad olunmuş, ruhuna dualar oxunmuşdur. Eyni zamanda, ailəyə dövlət tərəfindən daim göstərilən diqqət və qayğı bir daha vurğulanmışdır.
Qeyd edək ki, Füzuli rayonunda artıq 12 ildir yas mərasimləri israfçılıqdan uzaq, sadə və milli-mənəvi dəyərlərə uyğun şəkildə təşkil olunur.






