Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları Birinci Qarabağ Müharibəsinin şəhidi Ələddin Həziyevin yas mərasimində iştirak etdilər!
17 may 2026 | 13:57
Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti 33 ildən sonra nəşinin qalıqları tapılaraq dəfn olunan, Birinci Qarabağ Müharibəsinin şəhidi Ələddin Həziyevin yas mərasimində iştirak ediblər.
Bakı şəhəri, Pirallahı rayonunda keçirilən yas mərasimində iştirak edən rəsmilər mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verib, ruhuna dualar oxuyaraq ehtiramlarını bildiriblər.






