Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirildi!

13 aprel 2023 | 09:31

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirildi. Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli RİH başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, İctimai şuranın üzvləri, ziyalılar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Keçidlər