Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı şəhid ailələri üçün iftar süfrəsi açıldı!
Füzuli rayonunda müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə şəhid ailələri üçün iftar süfrəsi açıldı.
İftar süfrəsində Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və şəhid ailələri iştirak etdilər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun qazandığı böyük Zəfərdən söz açdı. Artıq üç ildir ki, Azərbaycan xalqının müqəddəs Ramazan bayramını qalib xalq olaraq qeyd etdiyini diqqətə çatdıran Alı Alıyev, şəhid ailələrinin, qazilərin, həssas təbəqədən olan digər insanların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha vurğuladı. Alı Alıyev bütün xalqımızı, eləcə də şəhid ailələrini, qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik etdi.
Tədbirdə digər çıxış edən ziyalılar, ağsaqqallar Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd etdilər.