Füzuli Rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin kollektivi tərəfindən “Qəhrəmanlar Parkı” ziyarət edildi!
24 oktyabr 2025 | 15:47
Füzuli rayonunda 8 noyabr-Zəfər Gününün beşinci ildönümü ərəfəsində Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı” rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən ziyarət olunur. Bu gün Füzuli Rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin kollektivi tərəfindən “Qəhrəmanlar Parkı”nda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksləri və şəhid şəkillərindən ibarət lövhələr ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.






