Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonu 59 nömrəli tam orta məktəbdə anım günü ilə bağlı tədbir keçirildi!

25 sentyabr 2025 | 11:05

25 sentyabr 2025-ci il tarixində Füzuli rayonu 400 evlik Fin qəsəbəsində yerləşən 59 nömrəli tam orta məktəbdə anım günü ilə bağlı tədbir keçirildi. Təbdirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının 400 evlik Fin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, 59 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi, şagirdlər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ziyalıları iştirak etdilər. Tədbir şəhidlərimizin xatirələrinin bir dəqiqlik sükutla yad edilməsi ilə başladı. Tədbirin gedişatında ziyalılar, şəhid ailələri və qazilər çıxışlar etdilər. Tədbir məktəblilərin şeir kompazisiyası ilə yekunlaşdı.

Keçidlər