Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda “15 İyun - Milli Qurtuluş Günüdür” adlı tədbir keçirildi!

14 iyun 2025 | 15:32
Füzuli rayonunda “15 İyun - Milli Qurtuluş Günüdür” adlı tədbir keçirildi. Muğam Mərkəzində keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq- mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, hərbiçilər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva və hüquq -mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Daha sonra Muğam Mərkəzinin həyətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotosərgiyə, kitab sərgisinə və şagirdlərin, gənclərin əl işlərindən ibarət ümumi sərgiyə baxış keçirildi.
Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx izləndi.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışının Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzunmüddətli inkişaf yoluna çıxardığını, həmin günün tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldığını diqqətə çatdırdı. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və apardığı uğurlu siyasəti nəticəsində bu qurtuluşun xalqımızı Zəfərə çatdırdığını bir daha vurgulayan Alı Alıyev bütün azərbaycanlıları, eləcə də füzuliləri Milli Qurtuluş Günü münasibəti ilə ürəkdən təbrik etdi, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsi, Füzuli Rayon Mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı ilə davam etdi.
Keçidlər