Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda “17 Oktyabr-Füzuli Şəhəri Günüdür” adlı dəyirmi masa keçirildi

17 oktyabr 2024 | 16:59
 
Füzuli Rayon İcra Hakimiyyətində Füzuli şəhərinin işğaldan azad edilməsinin dördüncü ildönümünə həsr edilmiş “17 Oktyabr-Füzuli Şəhəri Günüdür” adlı dəyirmi masa keçirildi.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən Müharibəsindən, xalq-ordu-rəhbər birliyi nəticəsində qazanılan böyük zəfərdən, şəhidlərin və qazilərin qəhrəmanlığından bəhs etdi. Qazandığımız bütün zəfərlərin mənbəyində Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını vurğulayan Alı Alıyev müasir təqvimimizin qürurlu günlərindən olan 17 Oktyabr-Füzuli Şəhəri Günü münasibəti ilə füzulilərin timsalında bütün Azərbaycan xalqını təbrik etdi.
Füzuli Şəhəri Günü münasibəti ilə xoş arzularını bölüşən digər iştirakçılar bu qürurlu günü bizə yaşatdığına görə ölkə başçısı cənab İlham Əliyevə və şanlı ordumuza sonsuz minnətdarlıq ifadə etdilər, şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa dilədilər.
Keçidlər