Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda 2 fevral - Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib!

02 fevral 2023 | 15:20

Füzuli rayonunda Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının, Füzuli Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilarçılığı ilə 2 Fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib. Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhid ailələri, qazilər, hərbiçilər, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak etdilər. Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli Gənclər və İdman İdarəsinin rəisi Eldəniz Səfərəliyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və bir qrup gənc Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dərin ehtiramlarını ifadə etdilər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşələrə, kitab sərgisinə və gənclərin əl işlərindən ibarət sərgilərə baxış keçirildi. Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyindən və Azərbaycan xalqının Ümummilli Liderə böyük sevgisinin göstəricisi olmasından bəhs etdi. Alı Alıyev “2 Fevral Gənclər Gününün” təsis edilməsinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük töhfəsi olduğunu diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə uğurlu gənclər siyasətinin banisi olduğunu bir daha vurğulayan Alı Alıyev, bu siyasətin Prezident İlham Əliyev tərəfindən daha da uğurla davam etdirdiyini bildirdi. Vətən Müharibəsində Azərbaycan gəncliyinin şanlı tarix yazmasının gəncliyimizin öz dövlətinə sadiqliyi, vətənpərvərliyi, qəhrəmanlığı nəticəsində mümkün olduğunu diqqətə çatdıran rayon rəhbəri bütün gəncləri 2 Fevral Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara uğurlar, müvəffəqiyyətlər arzuladı.
Daha sonra Füzuli Rayon Gənclər və İdman İdarəsinin rəisi Eldəniz Səfərəliyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək gəncləri təbrik etdilər, gənclərin inkişafı, inteqrasiyası, öz potensialını tətbiq etməsi üçün ölkəmizdə yaradılan münbit şəraitdən, şəffaf mühitdən söz açdılar.
Digər çıxışçılar Vətən Müharibəsi Qəhrəmanı, şəhid Fəqan Zalovun bacısı Gültəkin Mehrəliyeva, Vətən Müharibəsi qazisi İbrahim Həsənov, YAP fəalı İlkin Ağayev, gənc təhsil işçisi, Vətən Müharibəsi iştirakçısı Rəşad Behbudov , Gənclərin İnkişaf və Karyera Mərkəzinin Füzuli nümayəndəliyinin direktor əvəzi Arzu Mirzəliyeva gənclərə göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Daha sonra təmsil etdikləri sahələrdə uğur qazanmış bir qrup gəncə Fəxri Fərmanlar, partiyaya yeni qəbul olmuş bir qrup gəncə isə YAP-ın vəsiqələri təqdim olundu.
Sonda rayonun musiqi məktəblərinin gənc müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirildi.

Keçidlər