Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda 26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə “Zəfər Müjdəli Ordumuz!” adlı tədbir keçirildi!

26 iyun 2025 | 11:58
Füzuli rayonunda 26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə “Zəfər Müjdəli Ordumuz!” adlı tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və hərbiçilər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dahi liderin xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Daha sonra “Qəhrəmanlar Parkı”nda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksləri və şəhid şəkillərindən ibarət lövhələr ziyarət olunaraq, tər qərənfillər düzüldü, şəhidlərin ruhuna dualar oxundu. Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkəmizdə uğurlu ordu quruculuğu siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirildiyini diqqətə çatdırdı. 44 günlük Vətən müharibəsi, eləcə də lokal xarakterli antiterror əməliyyatları zamanı ordumuzun göstərdiyi şücaətləri bir daha vurğulayan Alı Alıyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun daha da gücləndiyini, arsenalının müasir silahlarla zənginləşdiyini, kadr potensialının, maddi texniki bazasının möhkəmləndiyini və hazırda dünyanın ən güclü ordusu reytinqində ordumuzun 50-ci yerdə olduğunu bildirdi. Alı Alıyev bütün hərbiçiləri 26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə ürəkdən təbrik etdi, Allahdan şəhidlərə rəhmət, qazilərə şəfa dilədi.
Daha sonra Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli Rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı və məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları şeir kompozisiyaları təqdim olundu.
Keçidlər