Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda 31 mart soyqırımı qurbanlarının xatirəsi anıldı!

31 mart 2023 | 14:57

Füzuli rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi. Horadiz şəhərində soyqırım qurbanlarının xatirələrinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış “31 Mart Soyqırım” adlı abidə kompleksi rayon rəhbərliyi, hüququ-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olundu. Ziyarətçilər günahsız soyqırım qurbanlarının xatirələrinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər.

Keçidlər