Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda 8 Noyabr Zəfər Günü yüksək təntənə ilə qeyd olundu

09 noyabr 2024 | 21:19
Füzuli rayonunda 8 Noyabr Zəfər Günü yüksək təntənə ilə qeyd olundu.
Füzuli rayonunda 8 Noyabr Zəfər Günü münasibəti ilə “8 Noyabr Zəfər Günüdür” adlı rəsmi, “Zəfərin Mübarək Azərbaycan” adlı bədii hissədən ibarət tədbir keçirildi.
Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Vüqar Bayramov, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, həbiçilər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl iştirakçılar tərəfindən məktəblilərin əl işlərindən ibarət “Zəfər salnaməmiz” adlı sərgiyə baxış keçirildi, yeniyetmələr arasında 8 Noyabr Zəfər Gününə həsr edilmiş şahmat yarışı izləndi.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin Deputatı Vüqar Bayramov, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailələri, qazilər və ziyalılarla birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dərin ehtiramlarını ifadə etdilər.
Rəsmi hissə başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun şücaətindən söz açdı. 8 Noyabr Zəfər Gününün Prezident-Xalq-Ordu birliyinin təntənəsi və Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olduğunu diqqətə çatdıran Alı Alıyev 8 Noyabr Zəfər Günü münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik etdi, Allahdan şəhidlərə rəhmət qazilərə şəfa dilədi.
Daha sonra Qarabağ Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və Füzuli Dövlət Dram Teatrının hazırladığı “Zəfərin mübarək, Azərbaycan” adlı bədii (konsert) proqramı təqdim olundu.
Keçidlər