Füzuli rayonunda antiterror əməliyyatlarının ikinci ildönümü münasibətilə tədbir keçirildi!
20 sentyabr 2025 | 15:37
Füzuli rayonunda antiterror əməliyyatlarının ikinci ildönümü münasibətilə tədbir keçirildi. Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, idarə, müəssisə, təşkilat rəhbərləri, İctimai birliklər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və şəhidlərin ruhuna dualar oxundu. Daha sonra şəhidlərin şəkillərindən ibarət lövhələrin və abidə kompleksinin qarşısına tər çiçəklər düzülərək, onların əziz xatirələrinə dərin ehtiram ifadə olundu.






