Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpa olunması münasibətilə tədbir keçirilib!

19 sentyabr 2026 | 09:12
Horadiz şəhər “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa olunub. Bu tarixi hadisənin əhəmiyyətini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında "Suverenlik Günü" kimi qeyd olunur.
Alı Alıyev qeyd edib ki, dövlət suverenliyinin tam bərpa olunması Azərbaycanın müasir tarixinin mühüm hadisələrindən biridir. Bu tarixi Zəfərin əldə olunmasında şəhidlərimizin və qazilərimizin göstərdiyi şücaət və fədakarlıq xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edilməsi, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğının göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Daha sonra lokal xarakterli antiterror əməliyyatlarının şəhidləri Ülvi Mikayılovun atası Bəhruz Mikayılov və Yusif Əhmədovun anası Naylə Əhmədova çıxış edərək şəhidlərimizin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlarından və fədakarlıqlarından danışıblar. Onlar, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda şəhidlərin şəkillərindən ibarət lövhələrin və abidə kompleksinin önünə tər çiçəklər düzülərək, onların əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Keçidlər