Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda “Azərbaycan sevgisi” adlı mədəni-kütləvi tədbir keçirildi!

31 may 2023 | 12:57
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Azərbaycan sevgisi” adlı mədəni-kütləvi tədbir keçirildi. Horadiz şəhəri “Heydər Əliyev Parkı”nda Füzuli rayon İcra Hakimiyyətinin və Füzuli rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH-nin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdə rayonun mədəniyyət və incəsənət nümayəndələrinin, eləcə də Bakı şəhərindən dəvət olunmuş musiqiçilərin ifasında şən və vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndirildi. Sonda bədii qirayət müsabiqəsi qalibləri olan məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söylədilər.
Keçidlər