Füzuli rayonunda birinci rübdə görülmüş işlər, vətəndaş müraciətlərinin təhlili və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi
Füzuli rayonunda birinci rübdə görülmüş işlər, vətəndaş müraciətlərinin təhlili və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi
Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP rayon təşkilatının sədri, hüquq muhafizə orqanlarının rəhbərləri, İnzibati Ərazi Dairələrinin nümayəndələri, bələdiyyə sədirləri, digər aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, sahibkarlar və rayon istimaiyyətinin nümayəndələri iştirak etdi. Müşavirəyə başlamazadan əvvəl bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon ərazisində sahibkarlığın və özəl sektorun inkişafına münbit şəraitin yaradıldığını bildirib. Müşavirədə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Rəqəmsal İcra Hakimiyyəti elektron sisteminin üstünlükləri haqqında məlumat verilmişdir. Belə ki, vətəndaşlar vaxt itirmədən qısa müddət ərzində Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin səlahiyyətlərinə aid olan sənədləri onlayn qaydada əldə edə və qəbullara yazıla bilərlər. 2023-cü ilin 3 ayı ərzində vətəndaşlara Rayon İcra Hakimiyyətinə və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə getmədən ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar olmaqla ümümilikdə 1013 arayış verilib.Bununla yanaşı artıq rayonda ASAN müraciət informasiya sisteminin aktiv olması barədə məlumat verildi. Müşavirə zamanı vətəndaşların öz müraciətlərini sərbəst səsləndirmələri üçün yaradılmış şəraitdən istifadə edərək, rayon ərazisində şəkərli diabet xəstələrinə dərmanların vaxtında çatdırılmaması, təcili tibbi yardım xidmətinin təşkili, yollarda hərəkətin sıxlığını nəzərə alaraq kamera və radarların quraşdırılması, içməli və suvarma suyu ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması, sahibsiz itlərin yaşayış məntəqələrindən uzaqlaşdırılması, Böyük Bəhmənli kəndində sakinlərin ümumi istifadəsində olan örüş sahəsinin qanunsuz zəbt olunması mövcud problemlər olaraq vətəndaşlar tərəfindən bildirilib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaş müraciətlərinin motivinin əsasını təşkil edən məsələlərə cavabdeh xidmət təşkilatlarının rəhbərlərinə ciddi iradını bildirdi və mövcud problemlərin qısa müddət ərzində həll olunması üçün tapşırıqlarını verdi.Sonda RİH başçıs çıxış edərək Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq yerlərdə qəbul və səyyar görüşlərin keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsinin Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən bundan sonrada davam etdiriləcəyini bildirdi