Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda dövlət qulluğunda çalışan Vətən müharibəsi şəhidi ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildi.

03 noyabr 2022 | 12:02

Füzuli RİH-də 8 Noyabr Zəfər Günü ərəfəsində  rayonda dövlət qulluğu sahəsində çalışan Vətən müharibəsi şəhidi ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi. Məlumat üçün qeyd edək ki, rayonda bu kateqoriyadan olan 7 nəfər dövlət qulluğunda ixtisaslarına uyğun işlə təmin edilmişdir. Görüşdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun göstərdiyi şücaətdən, ölkəmizdə yaranmış Prezident-xalq-ordu birliyindən söz açdı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin şanlı səhifəsi olduğunu diqqətə çatdıran rayon rəhbəri, bu qəhrəmanlıq salnaməsini qanları, canları ilə yazan şəhidlərimizin ailələrinin, qazilərin, veteranların hər zaman dövlətin xüsusi  qayğısı ilə əhatə olunduqlarını bir daha vurğuladı. Görüş iştirakçıları onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər. Sonda rayon rəhbəri tərəfindən iştirakçılara Fəxri Fərmanlar təqdim olundu.

Keçidlər