Füzuli rayonunda qanvermə aksiyası keçirildi!
11 dekabr 2025 | 17:21
Füzuli rayonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsi, Füzuli Rayon İcra Hakimiyyəti və Füzuli Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində qanvermə aksiyası keçirilmişdir. Füzuli Tibb Mərkəzində keçirilən aksiyada 250 nəfərə yaxın Füzuli sakini könüllü qan vermək üçün müraciət etmişdir. Müvafiq tibbi yoxlamalar aparıldıqdan sonra 101 nəfər donordan qan götürülmüşdür.






