Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda şəhid ailələri üçün iftar süfrəsi açıldı

20 mart 2025 | 11:31
 
Füzuli rayonunda müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün iftar süfrəsi açıldı. İftarda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Bayramov, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və şəhid ailələri iştirak etdilər.
Əvvəlcə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, müqəddəs Qurani –Kərimdən ayələr oxundu, şəhidlərin ruhuna dualar səsləndirildi.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun qazandığı böyük Zəfərdən söz açdı. Artıq Azərbaycan xalqının müqəddəs Ramazan bayramını qalib xalq olaraq qeyd etdiyini diqqətə çatdıran Alı Alıyev, şəhid ailələrinin, qazilərin, həssas təbəqədən olan digər insanların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha vurğuladı. Alı Alıyev bütün xalqımızı, eləcə də şəhid ailələrini, qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik etdi, onlara xoş arzularını çatdırdı.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Bayramov, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək xalqımıza, eləcə də şəhid ailələrinə, qazilərə müqəddəs Ramazan bayramı münasibətilə öz təbriklərini çatdırdılar, Allahdan şəhidlərə rəhmət, qazilərə sağlamlıq dilədilər.
Tədbirdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Keçidlər