Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda "Səməni" festivalı keçirildi.

16 mart 2024 | 09:51
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamında nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Füzuli Rayon İcra Hakimiyyəti, "Heydər Əliyev" mərkəzi və Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Füzuli rayonunda "Səməni" festivalı keçirildi. "Heydər Əliyev parkı"nda, açıq havada keçirilən festivalda Füzuli RİH-nin rəhbərliyi,  Füzuli Rayon Mədəniyyət mərkəzinin, "Heydər Əliyev" mərkəzinin və Füzuli Dövlət Dram teatrının əməkdaşları, Şəhid ailələri, rayonun digər mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etdilər. Festivalda rayonun ayrı-ayrı qəsəbə və kəndlərindən iştirak edən iştirakçılar tərəfindən özündə "Yaşıl dünya" ilə yanaşı, Novruz bayramını və milli adət-ənənələrimizi əks etdirən müxtəlif atributlarla zəngin sərgilər və xonçalar, həmçinin geniş milli mətbəximizin bir çox təamları nümayiş etdirildi. Yaşıllığın və Novruz bayramının, torpaq oyanışının simvolu , rəmzi sayılan yaşıl səmənilər festivala xüsusi gözəllik qatdı. Festival gün ərzində, musiqi nömrələri və digər bayram nümayişləri ilə davam etdirilib.
Keçidlər