Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına start verildi

21 oktyabr 2024 | 10:42
Füzuli rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına start verildi.
Oktyabr ayının 18-dən etibarən Füzuli rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına start verildi. Aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, könüllülər, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Aksiya çərçivəsində rayon ərazisində yerləşən magistral yolların kənarında və müxtəlif yaşayış məntəqələri ərazisində əsasən həmşəyaşıl ağac növləri olmaqla 1730 ədəd müxtəlif növ ağac əkildi. Yeni əkilmiş ağaclara lazımi aqrotexniki qulluq göstərildi.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması, ümumilikdə 5000 ədəd ağac və kol bitkilərinin əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər