Füzuli rayonunun təhsil sahəsində növbəti uğuru!
Füzuli rayonunun təhsil sahəsində növbəti uğuru!
Füzuli rayonu Ehtiram Piriyev adına Böyük Bəhmənli kənd 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əsədova Sevda Elmir qızı Tarix fənni üzrə Respublika Fənn Olimpiadasında 30.5 balla 3-cü yerə çıxaraq bürünc medal qazanmışdır.
Bu münasibətlə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Sevda Əsədova ilə görüşmüş, onu qazandığı uğur münasibətilə təbrik edərək bildirmişdir ki, dövlətimiz tərəfindən gənclərin təhsilinə və intellektual inkişafına daim xüsusi diqqət və qayğı göstərilir. Sevda Əsədovanın əldə etdiyi bu nailiyyət ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin, xüsusilə təhsil sahəsinə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayan Alı Alıyev gənclərin elm və təhsildə qazandıqları uğurlar dövlətimizin gələcək inkişaf strategiyasında mühüm yer tutduğunu və belə nailiyyətlərin hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı
Sonda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sevda Əsədovaya hədiyyə təqdim edilmiş və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulanmışdır.






