Füzuli RİH başçısı Alı Alıyev 1 Nömrəli Qayıdış qəsəbəsində vətəndaşlarla səyyar qəbul keçirdi!
05 fevral 2026 | 17:50
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 05.02.2026-cı il tarixdə rayonun 1 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun idarə-müəssisə, xidməti təşkilatların rəhbərləri, qəsəbə sakinləri iştirak etdilər.
Görüş zamanı sakinlər tərəfindən qaldırılan müraciət və təkliflərin həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi, məsələlərin icrası nəzarətə götürüldü.






