Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev 10 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi!

09 dekabr 2025 | 16:25

Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 09.12.2025-ci il tarixdə 10 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Polis şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən bəhs etdi.
Füzuli RİH başçısı Alı Alıyev səyyar qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar, müraciətlərin bir qismi ilə bağlı isə qanunamüvafiq izahatlar verdi

Keçidlər