Füzuli RİH başçısı Alı Alıyev 2 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi!
Azərbaycan Respublikasınınn Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən əhalini narahat edən problemləri yerində həll etmək məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 03.06.2025-ci il tarixdə 2 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi.
Giriş nitqində Alı Alıyev sakinləri salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə sakinlərə məlumat verdi.
Qəsəbə sakinlərinin istək və təklifləri dinlənildi. Sakinləri narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli məqsədi ilə tədbirlər müəyyənləşdirildi. Problemlərin aradan qaldırılması üçün aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.