Füzuli RİH başçısı Alı Alıyev 2025-ci ilin ilk səyyar qəbulunu 5 Nömrəli Qayıdış qəsəbəsində keçirdi!
Füzuli RİH başçısı Alı Alıyev 07.01.2025-ci il tarixdə 5 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidməti təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Füzuli RİİH başçısı Alı Alıyev yeni il münasibəti ilə bütün sakinləri təbrik etdi, 2025-ci ilin millətimiz və dövlətimiz üçün uğurlu il olmasını arzuladı.
Rayon rəhbəri diqqətə çatdırdı ki, vətəndaşlarla mütəmadi olaraq səyyar qəbulların keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə olan diqqət və qayğısının bariz nümunəsidir
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyatı üzrə idarə- təşkilat rəhbərlərinə tapşırıqlar verildi.