Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev 4 Nömrəli Qayıdış qəsəbəsində vətəndaşlarla səyyar qəbul keçirdi!

07 mart 2025 | 17:49

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 07.03.2025-ci il tarixdə 4 Nömrəli Qayıdış qəsəbəsində vətəndaşlarla səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidməti təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Rayon rəhbəri diqqətə çatdırdı ki, vətəndaşlarla mütəmadi olaraq səyyar qəbulların keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə olan diqqət və qayğısının bariz nümunəsidir.
Daha sonra qəsəbə sakinlərinin müraciətləri dinlənildi və onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər