Füzuli RİH başçısı Alı Alıyev 8 Nömrəli Qayıdış qəsəbəsində vətəndaşlarla səyyar qəbul keçirdi!
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 05.03.2025-ci il tarixdə 8 Nömrəli Qayıdış qəsəbəsində vətəndaşlarla səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidməti təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Rayon rəhbəri diqqətə çatdırdı ki, vətəndaşlarla mütəmadi olaraq səyyar qəbulların keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə olan diqqət və qayğısının bariz nümunəsidir
RİH başçısı tərəfindən səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinlənilərək qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu. İcrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi və onların icrası nəzarətə götürüldü.