Füzuli RİH başçısı Alı Alıyev 9 Nömrəli Qayıdış qəsəbəsində vətəndaşlarla səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 05.02.2025-ci il tarixdə 9 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Füzuli Rayon Polis Şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən səyyar görüşlər bütün yaşayış məntəqələrini əhatə edir. Rayon rəhbəri qeyd etdi ki, belə səyar qəbullların keçirilməsi ölkədə vətəndaş müraciətlərinə olan diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra qəsəbə sakinlərinin müraciətləri dinlənildi və onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.