Füzuli RİH başçısı Alı Alıyev Ağcabədi rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi!
20 noyabr 2025 | 12:52
Füzuli RİH başçısı Alı Alıyev 20 noyabr 2025-ci il tarixdə Ağcabədi rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi,
Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək bildir ki, səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərinin yerində araşdırılması, onların qayğı və təkliflərinin operativ şəkildə həllinə nail olmaqdır.
Qəbul zamanı vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı səsləndirilən müraciətlər RİH başçısı tərəfindən diqqətlə dinlənildi. Qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verildi və bir qismi həll edilməsi üçün nəzarətə götürüldü.






