Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev ağırlıq qaldırma yarışlarında ikinci yerə çıxaraq gümüş medal qazanmış İlhamiz Kərimovla görüşdü!

31 oktyabr 2025 | 17:21

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu gün General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbin XI sinif şagirdi İlhamiz Kərimovla görüşdü. İlhamiz Kərimov Misir Ərəb Respublikasının Qahirə şəhərində təşkil olunmuş parapauerliftinq idman növü üzrə Dünya Çempionatında ağırlıq qaldırma yarışlarında ikinci yerə çıxaraq gümüş medal qazanıb. Görüş zamanı Alı Alıyev ölkə başçısı İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi diqqət və qayğıdan söz açdı, qazanılan bütün uğurların arxasında uğurlu dövlət siyasətinin dayandığını diqqətə çatdırdı.
İlhamiz Kərimovu təbrik edən Alı Alıyev ona gələcək təhsilində və idman yarışlarında uğurlar arzuladı, ona Fəxri Fərman və qiymətli hədiyyə təqdim etdi.

Keçidlər