Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev Araz Zərgər kəndində səyyar qəbul keçirdi!

10 iyun 2025 | 17:55

Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 10.06.2025-ci il tarixdə Araz Zərgər kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.
Rayon rəhbəri çıxış edərək diqqətə çatdırdı ki, vətəndaşlarla mütəmadi olaraq səyyar qəbulların keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə olan diqqət və qayğısının bariz nümunəsidir

RİH başçısı tərəfindən səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinlənilərək qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu. İcrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi və onların icrası nəzarətə götürüldü.

Keçidlər